Daha bir şirkət qeydiyyata alındı - 200 manat nizamnamə kapitalı var

15:39 - 19.01.2021


19 yanvar, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Astara Terminal” MMC-ni dövlət qeydiyyatına alıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, yeni şirkət “Azərbaycan Dəmir Yolları” QSC-nin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 230 ünvanında qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 200 manat, qanuni təmsilçisi isə Rahim Hizay oğlu Mustafayevdir.

 

Bütün xəbərlər