330x110
 

Şaxtalı hava ilə əlaqədar "Azərsu" abunəçilərə müraciət edib

19.01.2021,16:17


19 yanvar, Fineko/abc.az. Ölkə ərazisində qeyri-sabit və şaxtalı hava ilə əlaqədar içməli su xətlərinin və sayğacların donvurmadan mühafizəsinə ciddi diqqət yetirilməlidir.

ABC.AZ xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin abunəçilərə müraciətində bildirilir.

Qeyd olunur ki, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərinddə quraşdırılımış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısını almaq üçün zəruri qabaqlayıcı tədbirlər görülməlidir. Şaxtanın daha çox olduğu gecə saatlarında sayğacın içərisində suyun qalmaması üçün sayğacın giriş ventili bağlanmalı, çıxış ventili açıq saxlanmalı, sayğac qutularının qapağı bağlı olmalıdır.

Abonentlər  problemlərlə bağlı “Azərsu” ASC-nin 24 saat fəaliyyət göstərən 955 “Qaynar xətt” xidmətinə müraciət edə bilərlər.