330x110
 

Sürət həddinə əməl edin - BNA-dan sürücülərə xəbərdarlıq

19.01.2021,17:09


19 yanvar, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi gözlənilən kəskin hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına xəbərdarlıq edib.

ABC.AZ-ın məlumatına görə, BNA-nın xəbərdarlığında çovğun olacağı, gecə saatlarında yolların buz bağlayacağı ehtimal edildiyi qeyd olunub.

“Hava şəraitinin dəyişməsi ilə bağlı sürücülərdən, xüsusən enişli və yoxuşlu yollarda yarana biləcək qəzalar və digər xoşagəlməz halların qarşısının alınması üçün diqqətli olmaları tövsiyə edilir. Sürücülərə tövsiyə edirik ki, sürət həddinə əməl etməklə yanaşı, meteoroloji amillər nəzərə alınmaqla digər hərəkət iştirakçılarına qarşı anlayışla davransınlar” deyə BNA-nın xəbərdarlığında vurğulanıb.

Müəllif: Elmir Murad