Ötən il Azərbaycanda avtomobil istehsalı kəskin azalıb – Hesabat

10:41 - 21.01.2021


21 yanvar, Fineko/abc.az. 2020-ci ildə Azərbaycanda 1949 ədəd və ya 2019-cu illə müqayisədə 411 ədəd az minik avtomobili istehsal olunub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2021-ci il yanvarın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 199 ədəd təşkil edib.

Qeyd edək ki, Azərbaycanda minik avtomobilləri Neftçala və Naxçıvanda istehsal edilir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər