Azərbaycanda ən çox təhsil alan əcnəbi tələbələr – Siyahı

11:38 - 21.01.2021


21 yanvar, Fineko/abc.az. Ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə yanaşı, 84 xarici ölkədən 5,7 min tələbə də təhsil alır.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Gürcüstan, Rusiya, Türkmənistan, Nigeriya və Pakistan İslam Respublikasının vətəndaşları üstünlük təşkil edirlər.

2020/2021-ci tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 975 nəfər təşkil edib.

Xaricdə təhsil alan gənclərin 37,5 faizi Bakı, 62,5 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır.

Tələbələrin əksəriyyəti Macarıstan, Türkiyə, Rusiya, Çin, Latviya və Birləşmiş Krallığın ali təhsil müəssisələrində təhsil alır.

Müəllif: Elmir Murad

Bütün xəbərlər