330x110
 

Dünya Bankı Azərbaycanda iqtisadi artımı 1,9 faiz, BVF isə 2 faiz proqnozlaşdırır – Nazir

21.01.2021,11:52


21 yanvar, Fineko/abc.az. Bildiyiniz kimi İqtisadiyyat naziri Mikayıl Cabbarov "Bloomberg"ə müsahibə verib və bir sıra vacib məqamlara toxunub.

ABC.AZ-ın məlumatına görə, nazir ümumi daxili məhsulun 2020-ci ildə 4,3 faiz azalmasından sonra 3,4 faiz artması proqnozlaşdırıldığını açıqlayıb.

M.Cabbarov qeyd edib ki, 2021-ci il üçün proqnozlarımız Beynəlxalq Valyuta Fondu və Dünya Bankının proqnozlarına nisbətən daha optimistikdir: "Dünya Bankı bu il Azərbaycanda iqtisadi artımı 1,9 faiz, BVF isə 2 faiz proqnozlaşdırır. Artımın ölkədə bazar ertəsi başlayan uğurlu vaksinasiya proqramından asılı olmağına baxmayaraq, biz Azərbaycan iqtisadiyyatının rifahı üçün vacib olan digər səhələrə də çox inanırıq. Keçmiş Sovet İttifaqında üçüncü ən böyük neft istehsalçısının iqtisadiyyatı 2016-cı ildən bəri ilk dəfə keçən il azaldı. Buna isə epidemiya fonunda izolyasiya tədbirləri və neftin qiymətinin düşməsi səbəb oldu".