Valyuta hərracında AMB banklara $67,4 mln satıb

12:38 - 21.01.2021


21 yanvar, Fineko/abc.az. 21 yanvar 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

AMB-nin məlumatında deyilir ki, Hərracda tələb 67,4 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

"Valyuta hərracında banklar tərəfindən tələb $67,4 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə, manatın dollara qarşı ortaçəkili məzənnəsi 1,70 AZN/$1 təşkil edib.

 

Bütün xəbərlər