Ötən il qeyri neft-qaz sektorunda 1 milyon 650,6 min nəfər çalışıb

14:33 - 21.01.2021


21 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi 2020-ci il dekabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə iqtisadiyyatın neft-qaz sektorunda 33,9 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 650,6 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 24,5 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,8 faizi tikintidə, 7,7 faizi emal sənayesində, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,0 faizi mədənçıxarma sənayesində, 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində məşğul olub.

 

Bütün xəbərlər