Şəhid ailələrinin maaşlarının bir hissəsini dövlət ödəyəcək – Təklif

15:23 - 21.01.2021


21 yanvar, Fineko/abc.az. Sosial iş yerlərində şəhidlərin ailə üzvlərinin əməkhaqqının bir hissəsinin dövlət tərəfindən ödənilməsi təklif olunur.

ABC.AZ xəbər verir ki, bu “Məşğulluq haqqında” qanuna  dəyişiklik edilməsi barədə təklifdə öz əksini tapıb. Layihəyə əsasən, sosial iş yerlərinin təşkili zamanı şəhid ailəsi üzvlərinə də üstünlük veriləcək.

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən, sosial iş yerlərinin təşkili zamanı əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, gənclərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük verilir.

 

Bütün xəbərlər