330x110
 

Postlardan 2315 avtomobil geri qaytarılıb - 2 koronavirus xəstəsinə cinayət işi açıldı

21.01.2021,15:58


21 yanvar, Fineko/abc.az.  Yanvarın 20-də karantin rejimi qaydalarının və tələblərinin pozulması halları aşkarlanıb.

DİN-dən ABC.AZ-a  verilən məlumata görə, postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2315 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb.

Eləcə də qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 3 nəfər barəsində həbs, 1296 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.

Ev şəraitində müalicə təyin edilən 2 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunaraq evə qaytarılıb və barələrində cinayət işi başlanılıb.