330x110
 

Türkiyədə uçot dərəcəsi sabit saxlanıldı

21.01.2021,16:21


21 yanvar, Fineko/abc.az. Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

ABC.AZ-ın məlumatına görə, iclasda uçot dərəcəsi dəyişdirilməyib və əvvəlki kimi 17% səviyyəsində saxlanılıb.

Qeyd edək ki, ötən il TMB-nin iclasında uçot dərəcəsi 15%-dən 17%-ə qaldırılmışdı.