Azərbaycan və Türkmənistan ilk dəfə Xəzərdəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır – İlham Əliyev

16:34 - 21.01.2021


21 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu videokonfrans formatında qəbul edib.

ABC.AZ-ın məlumatına görə, görüşdə İ.Əliyev iki ölkə münasibətlərinə toxunub: “Sizinlə birlikdə səy göstərmişik ki, ölkələrimizin müvafiq strukturları məhz Prezidentlərin onlara göstərdiyi kimi - əməkdaşlıq, dostluq, qarşılıqlı dəstək və qarşılıqlı maraqların düzgün başa düşülməsi ruhunda işləsinlər. Ona görə də mən bugünkü sənədi tarixi sənəd adlandırardım, çünki Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır və bu yataq, həmin yataqdakı iş ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, həm Türkmənistan, həm də Azərbaycan xalqlarına xeyir gətirəcək”.

 

Bütün xəbərlər