Azərbaycanda ilk dəfə olaraq “Baku Card” şəhər turizm kartı yaradılır

10:57 - 27.02.2018


27 fevral, Fineko/abc.az. Azərbaycanın Milli Turizm Təbliğat Bürosu, turistlərə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üçün tədbirlər görür.

Bürodan xəbər verildi ki, sabah , Milli Turizm Təbliğat Bürosu, Bakı Nəqliyyat Agentliyi (BNA) və “PASHA Travel” turizm şirkəti arasında “Baku Card” şəhər kartı yaratmaq məqsədilə memorandumun imzalama mərasimi keçirələcək.

“Bu kart, ilk rəsmi şəhər kartı  olacaq. Kart sahibləri pulsuz ictimai nəqliyyatdan, şəhər muzeyləri və mədəniyyət mərkəzlərinə ödənişsiz və ya endirimli girişdən istifadə edəcək, həmçinin mağazalar, kafelər, restoranlar və daha çox müxtəlif yerlərdə endirimlər və xüsusi təkliflər əldə edə biləcəklər”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər