330x110
 

“Azərbaycan Dəmir Yolları” QSC işə qəbul prosesini dəyişdi – Detallar

22.01.2021,10:44


22 yanvar, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC (ADY) işə qəbul prosesini tamamilə məsafədən rejimə keçirib.

ADY-dən ABC.AZ-a daxil olan məlumata görə, namizədlər arasında aparılan müsabiqənin hər üç mərhələsi – ilkin seçim, testləşdirmə və müsahibə – məsafədən həyata keçirilir.

“ADY-də işə qəbul prosesinin daha da şəffaflaşdırılması və optimallaşdırılması, namizədlərin daha rahat şəkildə vakansiyalara müraciət etməsi və müsabiqədə iştirak etməsi məqsədilə şəxsi kabinet, minlərlə test sualından ibarət baza və stasionar elektron test mərkəzi, daha sonra isə mobil elektron test sistemi istifadəyə verilib. Bu stasionar test mərkəzi və mobil test sistemi sayəsində Bakı və ətraf bölgələrlə yanaşı ölkəmizin digər ərazilərində yaşayan vətəndaşlar da paytaxta gəlmədən işə qəbul müsabiqəsinin test mərhələsində iştirak edə bilirlər. Bu mərhələni uğurla keçən namizədlər müsahibələrdə də onlayn şəkildə iştirak edə bilirlər" deyə məlumatda qeyd olunub.