Gürcüstanda koronavirus 24 nəfərin həyatına son qoydu - Bir gündə

11:50 - 22.01.2021


22 yanvar, Fineko/abc.az. Gürcüstanda son 24 saat ərzində 903 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, mövcud virusdan müalicə alan pasiyentlərdən isə 636 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 251.974 nəfərə çatıb.

Onlardan 238.737 nəfəri isə tam olaraq sağalıb.

Bu gün virusdan 24 nəfərin ölməsi ilə bərabər ümumilikdə 3022 nəfər həyatını itirib.

 

Bütün xəbərlər