Bakı metrosunun stansiyalarında yeni tipli turniketlər quraşdırılacaq

11:44 - 27.02.2018


27 fevral, Fineko/abc.az.  “Bakı Metropoliteni” QSC  keyfiyyəti beynəlxalq standartlara çatdırmaq üçün tədbirlər görür və bununla bağlı, beynəlxalq təcrübəni öyrənir.

“Bakı Metropoliteni”nin məlumatında deyildiyi kimi, Türkiyənin “KentKart EGE Elektronik” şirkəti  ilə imzalanmış müqaviləyə əsasən, metropolitenin yenidənqurulan stansiyalarının vestibüllərində avtomat buraxılış-nəzarət məntəqələrində (ABNM) yeni tipli turniketlər quraşdırılır.

“Yeni turniketlər bu günlərdə alınıb və onları idarə etmək üçün xüsusi proqram təminatının öyrənilməsi məqsədi ilə, Metropolitenin bir qrup əməkdaşı Türkiyənin İzmir şəhərinə ezam olunub.

Metropoliten işçiləri turniketlərin ümumi işləmə prinsipini, nəzarət blokunun proqram təminatını, optik ötürücülərin işləmə mexanizmini,  tənzimlənməsini və s. öyrənmişlər”, - məlumatda belə deyilir.

Bildirilir ki, təlimlərin sonunda metropolitenin əməkdaşlarına xüsusi sertifikatlar təqdim olunmuşdur.

Bakı metropolitenində 2015-ci il avqustun 8-dən vahid ödəniş kartlarının istifadəsinə başlanılıb və yenidən qurulan stansiyalarda müasir turniketlər quraşdırılır.

 

Bütün xəbərlər