330x110
 

Britaniya Azərbaycanı Qarabağ müharibəsindəki qələbə münasibəti ilə təbrik etdi

22.01.2021,16:07


22 yanvar, Fineko/abc.az. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib.

ABC.AZ xəbər verir ki, o, təbrikini yanvarın 22-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə görüşündə çatdırıb.

Azərbaycan-Böyük Britaniya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini bundan sonra da əsirgəməyəcəyini qeyd edən C.Şarp ikitərəfli əməkdaşlıq çərçivəsində Böyük Britaniyanın azad edilmiş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində Azərbaycana köməklik göstərə biləcəyini bildirib.