“YAŞAT” Fonduna yığılan vəsait açıqlanıb

16:20 - 22.01.2021


22 yanvar, Fineko/abc.az. “YAŞAT” Fonduna toplanan vəsait 27 milyon manatı ötüb.

ABC.AZ xəbər verir ki, Fonda toplanan vəsait 27 milyon 476 min 577.35 manatdır.

Həmin vəsaitdən 16 milyon 400 min 866.8 manatı fiziki şəxslər, 11 milyon 75 min 710.55 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib.

Fonda daxil olan vəsaitin 1 milyon 468 min 655.53 manatı xərclənib. Vəsaitin qalığı isə 26 milyon 7 min 921.82 manatdır.

Qeyd edək ki, “YAŞAT" Fondu dekabrın 8-də yaradılıb.

 

Bütün xəbərlər