330x110
 

Ermənistanda daha bir aksiya – İndi də əsgərlər etiraz edir

22.01.2021,17:17


22 yanvar, Fineko/abc.az. Ermənistanda siyasi və ictimai sabitlik hələ də bərqərar olmayıb.

ABC.AZ-ın məlumatına görə, müharibədə könüllü olaraq işirak edən bir qrup erməni əsgər Ermənistan Müdafiə Nazirliyinin binasının qarşısında toplaşaraq aksiya keçirib.

Onlar digər hərbçilər kimi onlara da təzminat verilməsini tələb edib.

Aksiya içştirakçıları onlara təzminat verilənə qədər hər gün nazirliyin qarşısında etiraz edəcəklərini bildiriblər.