330x110
 

Bu gündən postlar ləğv edilir – Rayonlararası gediş-gəliş bərpa olunur

25.01.2021,10:42


25 yanvar, Fineko/abc.az. Bildiyiniz kimi bu gündən etibarən Bakı da daxil olmaqla, bir sıra şəhər və rayonlara gediş-gəlişlə bağlı qoyulan məhdudiyyət aradan götürülüb.

ABC.AZ xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah yanvarın 16-da qərar qəbul edib.

Belə ki, yanvarın 25-dən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinə və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayonlarına giriş-çıxış bərpa olunur. Bununla əlaqədar rayon və şəhərlərarası gediş-gəlişə nəzarət edən postlar ləğv edilir.