Türk lirəsi barədə nikbin proqnoz – Dəyər qazanacaq

11:02 - 25.01.2021


25 yanvar, Fineko/abc.az. Qlobal investisiya şirkətləri dollar/TL proqnozlarını dəyişib.

ABC.AZ xəbər verir ki, sözügedən şirkət "Türk Lirəsinin dəyər qazanacağını, amma məhdud ola biləcəyini" qeyd edib.

Şirkətin analitikləri hesab edir ki, Türk Lirəsi 2021-ci ilin əvvəlindən bu yana inkişaf etməkdə olan bazarlarda dollar qarşısında ən yaxşı performans göstərən pul vahidlərindən biridir.

Qeyd edək ki, Dollar/TL ötən cümə günü 7,4170 səviyyəsindən bağlanıb. 6 noyabrdakı rekord enişdən bu yana Türk Lirəsi 14%-dən çox dəyər qazanıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər