Azərbaycan gündəlik xam neft hasilatını da artıracaq? - Proqnoz

11:26 - 25.01.2021


25 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi "S&P Global Ratings" reytinq agentliyi Azərbaycan nefti barədə bəzi proqnozlarını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, "OPEC+" ölkələri nazirlərinin 13-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edilib.

"OPEC+" ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7,125 mln. barel, martda isə 7,5 mln. barel təşkil edəcək.

Buna baxmayaraq Azərbaycan bu ilin yanvar ayındakı 123 min barel həcmində öhdəliyi fevral-mart aylarında sabit şəkildə qalacaq.

"Əməkdaşlıq Bəyannaməsi"nə əsasən, növbəti iki ayda Azərbaycan gündəlik xam neft hasilatını 8 min barel artıraraq istehsalı 595 min barel səviyyəsində saxlayacaq.

 

Bütün xəbərlər