Azərbaycanın dəmir yolunun 10 kilometri yenilənəcək – İranla sərhəddə

11:47 - 25.01.2021


25 yanvar, Fineko/abc.az. Tezliklə Azərbaycanla sərhəddə yerləşən Ərdəbil vilayətinin Parsabad rayonunda dəmiryol terminalının inşası başlayacaq.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu İranın Ərdəbil vilayətinin valisi Əkbər Behnamcu deyib.

O bildirib ki, dəmiryol terminalının inşası ilə əlaqədar Tehranda Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclasında müqavilə imzalanıb.

O əlavə edib ki, Ərdəbil-Parsabad dəmir yolunun ilk 25 kilometrinin xəritəsi hazırlanıb və araşdırmalar aparılıb: “Azərbaycanın dəmir yolunun 10 kilometri yenilənəcək və 5 km uzunluğunda yeni dəmiryol xətti çəkiləcək”.

 

Bütün xəbərlər