Misin qiymətləri arta bilər – Daha bir proqnoz

12:05 - 25.01.2021


25 yanvar, Fineko/abc.az. Nüfuzlu proqnoz şirkətlərindən olan "Maike Metals International" qarşıdakı dövrlərdə misin qiymətlərinin artacağını ehtimal edir.

ABC.AZ-ın məlumatına görə, şirkətin analitikləri misin bahalaşacağına bir sıra amillərin təsir edəcəyini düşünür. Belə ki, misin qiyməti qlobal təşviqlər və zəif dolların təsirindən arta bilər.

İqtisadçılar ehtimal edir ki, 1 ton misin qiyməti 8 min 800 dollara qədər yüksələ bilər.

Qeyd edək ki, Londonda mis qiymətləri bu ay 8 min dollara qalxıb və 8 ilin ən yüksək səviyyəsini görüb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər