Ermənistanın törətdiyi cinayətlərlə bağlı 37 dövlətə müraciət edilib

14:25 - 25.01.2021


25 yanvar, Fineko/abc.az. Baş Prokurorluqda geniş tərkibli kollegiya iclası keçirilib.

ABC.AZ-ın məlumatına görə, iclasda baş prokuror Kamran Əliyev bir sıra vacib məqamlara toxunub.

O qeyd edib ki, 44 günlük müharibə zamanı erməni silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində 93 nəfər, o cümlədən 12 azyaşlı və 27 qadın qətlə yetirilib.

"Başlanmış 62 cinayət işi üzrə 21 şəxs barəsində axtarış elan edilib. 25 ölkənin Baş prokuror və Ədliyyə nazirlərinə Ermənistanın törətdiyi cinayətlər haqqında məktublar göndərilib. Ermənistanın törətdiyi cinayətlər haqqında 37 xarici dövlətin səlahiyyətli orqanına 46 hüquqi yardım göstərilməsinə dair vəsatətlər göndərilib" deyə K. Əliyev qeyd edib.

 

Bütün xəbərlər