Yeni yataqlar istifadəyə veriləcək - Minlərlə iş yeri açılacaq

14:53 - 25.01.2021


25 yanvar, Fineko/abc.az. “AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş onlayn müşavirə keçirilib.

QSC-dən ABC.AZ-a daxil olmuş məlumatda bildirilir ki, müşavirədə bildirilib ki, ötən il hasil edilən qızıl və gümüşün dünya bazarına ixracı nəticəsində il ərzində ölkə iqtisadiyyatına ümumilkdə 186.5 milyon manat həcmində vəsait daxil olub.

Hesabat dövründə Cəmiyyətin 2020-ci il üçün fəaliyyət planına uyğun olaraq perspektiv sahələrdə yeni yataqların istismara verilməsi istiqamətində 75778  metr dərinliyində buruq-qazma işləri icra edilib. Təsdiqlənmiş plan əsasında 2021-2027-ci illər ərzində müvafiq olaraq “Ağyoxuş” yatağının növbəti mərhələlərinin (“Ağyoxuş-2”, “Ağyoxuş-3”), “Mərəh”, “Narçala”, həmçinin “Çovdar” yatağının sulfid mərhələsi üzrə istismarı, eləcə də “Tülallar”, “Filizçay”, “Qaradağ”, “Xarxar”, “Mazımçay” və digər yataqların istifadəyə verilməsi nəticəsində ölkə iqtisadiyyatına milyardla manat vəsaitin cəlb ediləcəyi, ümumilikdə minlərlə yeni iş yerinin açılacağı, bütün bunların regionların sosial-iqtisadi inkişafına müsbət təsir edəcəyi vurğulanıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər