Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı ispandilli ölkələr – Siyahı

15:10 - 25.01.2021


25 yanvar, Fineko/abc.az. Ötən il Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ispandilli ölkələr İspaniya, Meksika və Ekvador olub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə Azərbaycanın İspaniya ilə ticarət dövriyyəsi 427,3 milyon ABŞ dolları, Meksika ilə 50,3 milyon dollar, Ekvadorla isə 40,5 milyon dollar təşkil edib.

2019-cu ilə nisbətən İspaniya və Meksika ilə ticarət dövriyyəsi azalıb, Ekvador ilə artıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər