Azad edilmiş ərazilərin yenidən qurulmasında İran şirkətlərini görməyə çox şad olarıq - İlham Əliyev

15:38 - 25.01.2021


25 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu gün Prezident İlham Əliyev İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı ilk növbədə, ikitərəfli əlaqələri, onların səviyyəsini, inkişaf tempini, nailiyyətləri və yeni planları yüksək qiymətləndirdiyini bildirib: “Əlbəttə ki, biz işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək şirkətlər arasında İran şirkətlərini görməyə çox şad olarıq. Bu, təbiidir, çünki dediyim kimi, yalnız dost ölkələr bizim tərəfdaşımız olacaq. Sözsüz ki, İran şirkətlərinin bizə yaxın yerləşməsi, logistika və böyük təcrübə kimi üstünlükləri var. Beləliklə, cənab Nazir, bir daha xoş gəlmisiniz”.

 

Bütün xəbərlər