XİN-dən açıqlama : Rusiyalı deputat bundan sonra Azərbaycana buraxılmayacaq

16:11 - 25.01.2021


25 yanvar, Fineko/abc.az. Rusiya Dövlət Dumasının hakim “Vahid Rusiya” partiyasından olan üzvü, qatı ermənipərəst mövqeyi ilə tanınan Vitaliy Milonovun erməni KİV-nə müsahibəsi zamanı Azərbaycana qarşı qəbuledilməz ifadələr işlətməsini qəti şəkildə pisləyirik.

ABC.AZ-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevanın Rusiya Dövlət Dumasının üzvü V.Milonovun erməni kanalına müsahibəsini şərh edərkən deyib.

XİN rəsmisi qeyd edib ki, Dövlət Dumasının üzvü Vitaliy Milonov Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini pozaraq, ölkəmizin işğaldan azad olunmuş ərazisinə qeyri-qanuni səfər etdiyi üçün onun adı Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına əlavə edilib.

Rusiya Dövlət Dumasının üzvü Vitaliy Milonovun Azərbaycan əleyhinə atdığı növbəti təxribatçı addımı Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə tamamilə ziddir.

 

Bütün xəbərlər