Nəqliyyat vasitələrinin istehsalı artıb, avadanlıqların istehsalı isə azalıb – Hesabat

16:23 - 25.01.2021


25 yanvar, Fineko/abc.az. Azərbaycanda minik avtomobillərin istesalı azalıb - 25 yanvar, Fineko/abc.az. 2020-ci ildə ölkədə 1949 ədəd minik avtomobili istehsal olunub.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, bu əvvəlki ilə nisbətən 411 ədəd az istehsal deməkdir. Komitənin hesabatına əsasən, il ərzində maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 352,2 milyon manatlıq məhsul istehsal edilib.

2019-cu illə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 35,7 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 47 faiz artıb, maşın və avadanlıqların istehsalı isə 5,1 faiz azalıb.

 

Bütün xəbərlər