Neçə iştirakçıya“Yaşıl dəhliz”dən daimi istifadə hüququ verilib? – Açıqlama

17:25 - 25.01.2021


25 yanvar, Fineko/abc.az. İndiyədək 668 xarici ticarət iştirakçısına “Yaşıl dəhliz”dən daimi istifadə hüququ verilib.

ABC.AZ xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

Komitə sədri bildirib ki, bu rəqəm daxil olmuş müraciətlərin təhlilinin nəticəsindən sonra məlum olub: "236 xarici ticarət iştirakçısına ixrac, 432 xarici ticarət iştirakçısına idxal əməliyyatları üzrə, ümumilikdə 668 xarici ticarət iştirakçısına “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilib".

 

Bütün xəbərlər