Mərkəzi Bank faiz qərarını açıqlayacaq - Bu həftə

10:08 - 26.01.2021


26 yanvar, Fineko/abc.az. Mərkəzi Bankın 2021-ci ildə Pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikiniə əsasən bu ilin ilk faiz qərarı 29 yanvarda açıqlanacaq.

ABC.AZ-ın məlumatına görə, 18 dekabrda keçirilmiş 2020-ci ilin sonuncu iclasda Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 6.5%-dən 6.25%-ə endirilməsi haqqında qərar qəbul etmişdi.

Faiz dəhlizinin aşağı həddi 5.75%, faiz dəhlizinin yuxarı həddi isə 6.75% səviyyəsində müəyyən edilmişdi.

Məlumata görə, faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar pandemiyanın təsirləri, iqtisadiyyatın bərpa tempi, daxili və xarici risklərin reallaşması ehtimalları nəzərə alınmaqla qəbul ediləcək.

 

Bütün xəbərlər