Büdcəyə və tenderlərə nəzarət artacaq

11:56 - 26.01.2021


26 yanvar, Fineko/abc.az. Keçən il start verilmiş, lakin məlum səbəblərdən tam həcmdə tətbiq edilməmiş  İcbari Tibbi Sığorta sistemi bu il 2 mərhələdə həyata keçirilməlidir.

ABC.AZ-ın məlumatına görə, bu fikirlər yanvarın 25-də Nazirlər Kabinetində baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən müşavirədə səslənib.

Bununla yanaşı qeyd olunub ki, post-pandemiya dövrünə ciddi hazırlıq işləri görülməli, orta və uzunmüddətli hədəfləri bir daha dəqiqləşdirilməlidir. Müşavirədə vurğulanıb ki, büdcəyə və tenderlərə nəzarət artacaq, dövlət vəsaitlərindən səmərəli istifadə olunması üçün maliyyə inzibatçılığının keyfiyyəti yüksəldilməli, maliyyə intizamı gücləndirilməli, nəzarət mexanizmləri sistemi təkmilləşdirilməli, fiskal dayanıqlığın təmin edilməsi davamlı olaraq büdcə xərclərinin optimallaşdırılmasını, qənaət rejiminin tətbiq olunmasını, artıq və səmərəsiz xərclərin qarşısının alınmasını tələb edir.

 

Bütün xəbərlər