Şahin Mustafayev erməni həmkarı ilə görüşəcək

12:10 - 26.01.2021


26 yanvar, Fineko/abc.az. Yanvarın 27-də Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin Moskvada görüşü keçiriləcə. keçirilməsi planlaşdırılır.

ABC.AZ-ın məlumatına görə, görüşün əsas məqsədi Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının inşasının müzakirəsidir.

Danışıqlarda Azərbaycan tərəfdən Şahin Mustafayev, Rusiya tərəfdən Aleksey Overçuk, Ermənistan tərəfdən Mher Qriqoryan iştirak edəcək.

Görüşdə bölgədəki nəqliyyat əlaqələrinin tamamilə aktivləşdirilməsi məsələsi ilə yanaşı bir sıra digər mövzular da müzakirə olunacaq.

 

Bütün xəbərlər