Süni qiymət artımına yol verilməməlidir – Müşavirə keçirildi

12:20 - 26.01.2021


26 yanvar, Fineko/abc.az. Dövlət satınalmalarının şəffaflığı və effektivliyi təmin edilməlidir.Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınmalıdır. Tenderlərin keçirilməsinə xüsusi önəm verilməlidir.

ABC.AZ-ın məlumatına görə, bu fikirlər yanvarın 25-də Nazirlər Kabinetində baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən müşavirədə səslənib.

Müşavirədə qeyd olunub ki, dövlət investisiya layihələrinin səmərəliliyi təhlil edilməli, sahibkarlara dəstək veriləcək, özəl sektor investisiya layihələrinin maliyyələşdirilməsinə cəlb edilməli, dövlət-özəl tərəfdaşlığının təşviqi davam etdirilməli, prioritet sahələrə özəl investisiyaların cəlb edilməsi stimullaşdırılmalı, antiinhisar siyasəti gücləndirilməli, haqsız rəqabətə, xüsusilə də istehlak bazarında süni qiymət artımına yol verilməməli, kiçik və orta sahibkarlığa dəstək proqramı davam etdirilməli, ixrac imkanları genişləndirilməlidir.

Müəllif: Elmir Murad

Bütün xəbərlər