Valyuta hərracında AMB banklara $69,8 milyon satdı

13:49 - 26.01.2021


26 yanvar, Fineko/abc.az. Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, 26 yanvar tarixində keçirilən valyuta hərracında banklara $69,8 mln satılmışdır.

“Hərracda tələb 69,8 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir”, - AMB-nin məlumatında belə deyilir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

 

Bütün xəbərlər