Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi nə vaxt fəaliyyətə başlayacaq? – Açıqlama

09:59 - 27.01.2021


27 yanvar, Fineko/abc.az. Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin tərkibində fəaliyyət göstərəcək rus hərbçilər atəşkəs rejiminə nəzarəti birgə şəkildə yerinə yetirmək üçün təlim keçir və Azərbaycan Respublikasının ərazisinə getməyə hazırlaşırlar.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Mətbuat xidmətinin məlumatında qeyd olunub.

“Rusiya və Türkiyə tərəflərinin bərabər əsasda təmsil olunduğu Birgə Monitorinq Mərkəzinin heyəti vəziyyətin monitorinqi, həmçinin atəşkəsə PUA vasitəsilə nəzarəti yerinə yetirəcək”, - deyə açıqlamada vurğulanıb.

 

Bütün xəbərlər