“AZSIĞORTA” səhmdarları toplaşacaq

10:54 - 27.01.2021


27 yanvar, Fineko/abc.az. Gələn ay daha bir sığorta şirkətinin səhmdarlarının növbədənkənar iclası keçiriləcək.

ABC.AZ-ın məlumatına görə, iclas keçirəcək şirkət “AZSIĞORTA” Açıq Səhmdar Cəmiyyətidir.

Ümumi yığıncaq fevralın 26-da saat 16.30-da  keçiriləcək. Yığıncağın gündəliyi ictimaiyyətə açıqlanmır.

 

Bütün xəbərlər