Azərbaycanda kreditləşmələrin ən çox və ən az dollarla aparıldığı illər – Siyahı

12:07 - 27.01.2021


27 yanvar, Fineko/abc.az. Azərbaycanda kredit təşkilatları (banklar, BOKT, kredit ittifaqları) tərəfindən verilmiş cəmi kreditlər ötən il 5% azalaraq 31 Dekabr 2020-ci il tarixinə 14 milyard 530 milyon manat təşkil edib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Mərkəzi Bankın hesablamalarına görə, kreditlərin 29,8%-i xarici valyutadadır ki, bu da 2015-ci ilin yanvar ayından bəri (ilk devalvasiyadan öncəki ay – red.) ən aşağı göstəricidir.

Kreditlərin ən yüksək dollarlaşma səviyyəsi 2016-cı ilin yanvar ayında qeydə alınmışdı (51,9%).

Qeyd edək ki, ötən ilin sonuna problemli kreditlərin həcmi 893,1 milyon manata bərabər olub, onların 26,8%-i xarici valyutadadır.

 

Bütün xəbərlər