Gürcüstanda koronavirusla bağlı son vəziyyət - Statistika

14:22 - 27.01.2021


27 yanvar, Fineko/abc.az. Son 24 saat ərzində Gürcüstanda 742 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, bu gün virusdan 12 nəfərin ölməsi ilə bərabər ümumilikdə 3108 nəfər həyatını itirib.

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 1081 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 255.564 nəfərə çatıb.

Onlardan 245.527 nəfəri isə tam olaraq sağalıb.

 

Bütün xəbərlər