Azərbaycan xalqı Şuşada əbədi yaşayacaq – Prezident

14:54 - 27.01.2021


27 yanvar, Fineko/abc.az. Birinci təyinat məhz Şuşa rayonuna olan təyinatdır. Bu da təbiidir. Şuşa Azərbaycan xalqının qəlbində xüsusi yerə malikdir. Şuşa Qarabağın tacıdır, Şuşa təkrarolunmaz şəhərdir.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Aydın Kərimovu Şuşaya xüsusi nümayəndə təyin etməsi ilə əlaqədar qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, Şuşanın yerləşməsi, təbiəti, havası, iqlimi, tarixi abidələri, dini abidələrimiz, şəhərin memarlıq ansamblı bizim milli sərvətimizdir.

"Şuşanı biz qorumalıyıq, qoruyacağıq. Biz Şuşaya qayıtmışıq və bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaqdır. Necə ki, bütün dövrlərdə Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur və ermənilərin saxtakarlıq cəhdlərinə baxmayaraq, bütün dünya Şuşanı məhz Azərbaycan şəhəri kimi tanıyıb və qəbul edib" deyə İ.Əliyev qeyd edib.

 

 

Bütün xəbərlər