TikTok ötən il böyük qazanc əldə edib - Qadağalar təsir etməyib

15:33 - 27.01.2021


27 yanvar, Fineko/abc.az. ABŞ-ın sabiq Prezidenti Donald Trampın "TikTok"u qadağan etmək cəhdinə baxmayaraq şirkətin gəliri azalmaqdan, əksinə ötən il 2 dəfə artıb.

ABC.AZ-ın məlumatına görə, şirkət ötən ildə gəlirini artıraraq 35 milyard dollara çatdırıb.

Hazırda şirkət Co Bayden rəhbərliyi altında sosial media imperatorluğunun bir qisimini Birjaya çıxarmağa bir az da yaxınlaşıb.

Dəyəri ən son 180 milyard dollar olan şirkət səhmlərinin bir hissəsini Honq Konqda birjada satmağı planlaşdırır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər