Azərbayacana başqa peyvəndlər də gətiriləcək – Açıqlama

15:42 - 27.01.2021


27 yanvar, Fineko/abc.az. “Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşkil etdiyi COVAX platformasına üzv olub və COVAX-dan Azərbaycana peyvəndlər gətiriləcək”.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndiliyinin rəhbəri Hande Harmancı deyib.

O bildirib ki, fərqli peyvəndlərin də gətirilməsi müzakirə mövzusudur: “Müəyyən miqdar Pfizer/BioNTech peyvəndi də gətiriləcək. Hazırda isə Azərbaycanda Sinovac peyvəndi tətbiq olunur. Azərbaycan da digər ölkələr kimi mümkün olduğu qədər çox peyvəndi qısa vaxtda ölkəyə gətirib tətbiq etmək istəyir. Bunun üçün işlər davam edir”.

 

Bütün xəbərlər