Ötən il mehmanxanalarında ən çox gecələmələr olan şəhər və rayonlar - Siyahı

15:58 - 27.01.2021


27 yanvar, Fineko/abc.az. COVID-19 pandemiyası ilə Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, 2020-ci ilin mart ayından başlayaraq bu sahədə ciddi tənəzzül davam edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin tətbiq olunması ilə əlaqədar mehmanxana tipli müəssisələrin göstəricilərində geriləmə qeydə alınıb.

2020-ci ildə ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2019-cu illə müqayisədə 3,3 dəfə azalaraq 999,8 min olub. 2020-ci ildə mehmanxanalarda keçirilmiş gecələmələrin 58,0 faizi Bakıda, 9,7 faizi Qəbələdə, 5,5 faizi Qusarda, 4,1 faizi Qubada, 3,2 faizi Lənkəranda, 3,1 faizi Naftalanda,  2,4 faizi Naxçıvan Muxtar Respublikasında, 1,9 faizi Şabranda, 1,2 faizi Mingəçevirdə, hər birində 0,9 faiz olmaqla Gəncə, Xaçmaz, Qax və Şamaxıda, hər birində 0,7 faiz olmaqla Masallı və Zaqatalada, 5,9 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

 

Bütün xəbərlər