Ötən il mehmanxalarımızda ən çox gecələyən xarici ölkə vətəndaşları - Siyahı

16:15 - 27.01.2021


27 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi turizm sektoru ilə bağlı bəzi göstəriciləri açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2019-cu illə müqayisədə 5,4 dəfə azalaraq 416,7 min olub.

Bu da ümumi gecələmələrin 41,7 faizini təşkil edir. Gecələmələrin 14,4 faizi Rusiya Federasiyası,   9,2 faizi Səudiyyə Ərəbistanı, 9,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 8,7 faizi Türkiyə, 6,5 faizi Böyük Britaniya, 5,6 faizi Hindistan, 4,1 faizi Küveyt, 3,5 faizi İsrail, 2,8 faizi İran, 2,3 faizi ABŞ, 2,0 faizi İtaliya, 1,9 faizi Almaniya, 1,7 faizi Qətər, 1,4 faizi İraq,1,4 faizi Qazaxıstan, 1,3 faizi Pakistan, 1,3 faizi Ukrayna, 1,1 faizi Belarus, 0,9 faizi Gürcüstan, 20,7 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

 

Bütün xəbərlər