Mehmanxanaların gəliri azalıb – Hesabat

16:52 - 27.01.2021


27 yanvar, Fineko/abc.az. 2020-ci ildə mehmanxanaların gəlirləri 2019-cu illə müqayisədə 3,9 dəfə azalaraq 116,8 milyon manat olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadın xəbər verir ki, onun da 60,2 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 29,0 faizi ictimai iaşə xidmətlərindən, 2,5 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,3 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2020-ci ildə mehmanxanaların birdəfəlik tutumundan istifadə 6,5 faiz səviyyəsində olmuşdur (2019-cu ildə 22,1 faiz).

Bu göstərici Beyləqanda 23,0 faiz, Şabranda 15,5 faiz, Naftalanda 13,7 faiz, Qəbələdə 11,2 faiz, Bakıda 9,6 faiz, Göyçayda 9,6 faiz, Şəmkirdə 9,1 faiz, Qubada 8,8 faiz, Biləsuvarda 8,5 faiz, Lənkəranda 8,3 faiz, Qusarda 7,9 faiz, Sabirabadda 7,3 faiz, Kürdəmirdə 7,0 faiz, Şirvanda 6,7 faiz, digər rayon və şəhərlərdə isə ölkə üzrə orta göstəricidən aşağı olub.

Müəllif: Elmir Murad

Bütün xəbərlər