Gürcüstan beynəlxalq aviareyslərə başlayır - Uçuşlar bərpa olunur

17:07 - 27.01.2021


27 yanvar, Fineko/abc.az. Fevralın 4-dən etibarən Gürcüstan və Türkiyə arasında Tbilisi-İstanbul-Tbilisi istiqaməti üzrə müntəzəm aviareyslərin həyata keçirilməsinə başlanılacaq.

ABC.AZ-ın məlumatına görə, bu barədə Tbilisi beynəlxalq hava limanından bildirilib.

Məlumata əsasən, reysləri “Pegasus Airlines” aviaşirkəti həftədə 5 dəfə yerinə yetirəcək. Mart ayından isə uçuşların gündəlik həyata keçirilməsi planlaşdırılır.

Qeyd olunan tarixdən başlayaraq Ukraynanın “SkyUp Airlines” şirkəti də həftədə iki dəfə Kiyev-Tbilisi-Kiyev istiqaməti üzrə aviareyslərə start verəcək.

 

Bütün xəbərlər