Bank of Baku bir sıra göstəricilər üzrə geriləyib – Hesabat

17:31 - 27.01.2021


27 yanvar, Fineko/abc.az. Ötən il "Bank of Baku"nun istehlak kreditləri portfeli 16 milyon 217 min manat azalıb.

ABC.AZ bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2019-cu ildə 1 milyon 550 min manat olmuş digər kreditlər 2020-ci ildə sıfıra düşüb.

Ötən il müştərilərə verilmiş cəmi kreditlər də azalıb. Belə ki, ötən il bankın müştərilərə verdiyi cəmi kreditlər 212 min manat azalaraq ilin sonunda 337 milyon 946 min manat təşkil edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər