Neftin qiyməti azalır, Brent bir barelə $55,52 təşkil edir

09:57 - 28.01.2021


28 yanvar, Fineko/abc.az. COVİD-19 yoluxmaların və qüvvədə olan məhdudlaşdırıcı tədbirlərin artması səbəbindən tələbatın azalması gözləntiləri ilə bağlı, etalon markaların qiymətləri çərşənbə günü ticarətində azalır.

Saat 9:17-də London ICE Futures birjasında ticarət edilən Brentin mart fyuçersinin qiyməti bir barrelə $0,29 (0,52%) düşərək $55,52 təşkil etdi. 27 yanvar ticarətinn nəticələrinə görə, Brent üzrə mart fyuçersləri $0,10 (0,18%) – bir barelə $55,81-a düşüb.

Saat 9:17-də, Nyu-York ticarət birjasında (NYMEX) WTI üzrə mart fyuçersi $0,24 (0,45%) – bir barelə $52,61-ə düşdü. 27 yanvar ticarət nəticələrinə görə WTI üzrə mart fyuçersi $ 0,24 (0,46%) – bir barelə $52,85 qədər yüksəldi.

Ötən həftə ABŞ-da neft ehtiyatları 9,91 milyon barel azalıb və bu, ölkənin Energetika Nazirliyinin dünən dərc edilmiş həftəlik hesabatının göstəricilərindən xəbər verir.

 

Bütün xəbərlər