Naxçıvanda kombi isehsalına başlanılıb

10:12 - 28.01.2021


28 yanvar, Fineko/abc.az. Naxçıvanda "Cahan Sənaye Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istilik panelləri ilə yanaşı istilik sistemli kombilərin istehsalına başlanıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, 8 mərhələli istehsal prosesi ilə yığılan istilik sistemli kombi cihazları 24, 28 və 32 kilovatlıq olmaqla 3 müxtəlif növdə hazırlanır.

Müəssisədə hazırda gündəlik 40 istilik cihazı hazırlanır. Lakin tələbat artarsa, növbəli iş rejiminə əməl olunmaqla istehsal olunan cihazların sayı artırılacaq.

Qeyd edək ki, mütəxəssislərin çаlışdığı müəssisədə 11 nəfər işlə təmin olunub.

 

Bütün xəbərlər